
Super Liqaya vəsiqə qazanan son klub bəlli oldu
- 08 İyn 2023 23:55
- 374
Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komanda bilinib.
Rekord.az xəbər verir ki, Super Liqaya vəsiqə uğrunda "Pendikspor" və "Bodrumspor" komandaları üz-üzə gəlib.
"Pendikspor" matçdan 2:1 qalib ayrılıb. Bununla da komanda elitaya vəsiqə qazanan son klub olub.
Bundan əvvəl "Rizəspor" və "Samsunspor" da Super Liqaya vəsiqəni təmin etmişdi.