
Super Liqa klubunun yeni baş məşqçisi bəlli oldu
- 20:00
- 42
Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini Radomir Djaloviç çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Monteneqrolu mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Djaloviçin son iş yeri Sloveniyanın "Maribor" klubu olub. "Kayserispor" isə Markus Gidsolla yollarını ayırıb.