Türkiyənin “Göztəpə” klubunun kollektivi növbəti koronavirus testindən keçib.

Rekord.az xəbər verir ki, nəticədə daha 2 futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Adları açıqlanmayan həmin oyunçular qaydalara uyğun karantinə alınıblar.

Qeyd edək ki, “Göztəpə”də daha öncə daha 4 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

“Göztəpə” noyabrın 30-da Super Liqanın 10-cu turu çərçivəsində səfərdə “Sivasspor”la üz-üzə gələcək.