
Super kubokun təqvimi açıqlandı
- 06 Noy 2022 15:30
- 482
Futbol üzrə İspaniya super kubokunun təqvimi müəyyənləşib.
Rekord.az xəbər verir ki, turnir 2023-cü ilin yanvar ayında Ər-Riyadda təşkil olunacaq.
Səudiyyə Ərəbistanındakı yarışda “Real”, “Barselona”, “Valensiya” və “Betis” mübarizə aparacaqlar.
Yanvarın 11-də keçiriləcək ilk yarımfinal oyununda “Real”la “Valensiya” görüşəcək. Ertəsi gün “Barselona” ilə “Betis” qarşılaşacaq. Final oyunu ayın 15-də baş tutacaq.
Super kubokun son qalibi “Real”dır.