
"Sumqayıt"la razılığa gəlib, amma bu səbəbdən Azərbaycana gələ bilmir
- 11:00
- 64
“Polesye”nin azərbaycanlı yarımmüdafiəçisi Emil Mustafayev "Sumqayıt"la anlaşıb.
Rekord.az-a daxil olan məlumata görə, futbolçu Sumqayıt klubunda oynamağa razıdı, tərəflər arasında razılıq da olub.
Futbolçu Azərbaycana gəlməli və rəsmi müqaviləyə imza atmalıdır. Lakin bir problem var ki, müharibə ilə bağlı qoyulan qadağalar səbəbindən hələ ki, Ukraynadan çıxa bilmir. "Sumqayıt" isə hələ də ümidlə onun yolunu gözləyir.