“Sumqayıt” yenə ənənəvi problemlə üzləşib.

Rekord.az xəbər verir ki, son çempionatın bürünc mükafatçısı ötən il olduğu kimi, bu il də heyətini qorumaqda çətinlik çəkir.

Artıq Mehti Cənnətov “Zirə”yə keçib. Rəhim Sadıxovla Əli Qurbaniyə də ciddi təkliflər var və bu gedişlə onları saxlamaq da çətin olacaq. Kluba isə əlavə maliyyə dəstəyinin olacağına dair heç bir söz deyilməyib.