Xəbər verdiyimiz kimi, ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Sumqayıt” hələ də buna görə mükafat almayıb. Komandanın baş məşqçisi Ayxan Abbasov da “Sabah”la oyun sonrası mətbuat konfransında bunu təsdiqlədi.

Rekord.az xəbər verir ki, mükafatın yubanmasının səbəbi birbaşa klubun əsas sponsoru olan “Azərkimya” ilə bağlıdır.

Belə ki, sözügedən şirkət hələ ki, vəd olunan pulu klubun hesabına köçürmür.