“Sumqayıt” klubu kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda Sumqayıt şəhərinin eyniadlı təmsilçisində debüt edən təcrübəli müdafiəçi, ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, 2 qol vurmağa da müvəffəq olub.