
"Sumqayıt"dan ayrılan futbolçu "Kəpəz"lə müqavilə bağladı
- 25 İyl 2022 19:39
- 491
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az klubun rəsmi mətbuat xidmətinə iistinadən xəbər verir ki, Gəncə təmsilçisi son olaraq "Sumqayıt"da çıxış edən Yusif Nəbiyevi transfer edib.
24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, U-17, U-19 və U-21 millilərimizdə çıxış etmiş Nəbiyev 2018-ci ildən "Sumqayıt"da oynayırdı.
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" bundan əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Zamiq Əliyev, Mate Kvirkviya, Giorgi Kantariya, Əfran İsmayılov, Rauf Əliyev və Fərid Nəbiyevi də heyətinə cəlb edib.