Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 noyabr 2023-cü il tarixində Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə yunan-roma güləşi üzrə şəhər çempionatı keçirilib.

Rekord.az xəbər verir ki, yarışın qalib və mükafatçıları medal və diplomla təltif olunub, eyni zamanda dekabr ayında keçiriləcək Azərbaycan çempionatında iştirak etmək hüququ əldə edib.