Misli Premyer Liqasının 5-ci turunda növbəti azarkeş rekordu qeydə alınıb.

Rekord.az xəbər verir ki, "Sumqayıt" - "Neftçi" matçını 3500 azarkeş izləyib.

Maraqlıdır ki, bundan əvvəlki rekord da "Sumqayıt"a məxsusdur. Belə ki, bu günə qədər ən çox azarkeş də məhz "Sumqayıt"ın ev oyununa gəlmişdi: "Sumqayıt" - "Kəpəz" 3300.