Növbəti turun ən maraqlı və prinsipial oyunu Sumqayıtda "Sumqayıt"la "Zirə" arasında keçiriləcək.

Rekord.az-a daxil olan məlumata görə, bu oyun "Sumqayıt" üçün çoix prinsipialdı.

Belə ki, sözügedən qarşılaşma bürünc medal baxımından sumqayıtlılar üçün son şansdır. Qalib gəlsələr "Zirə" ilə xal fərqi 2-ə enəcək və mübarizə daha da qızışacaq. Məğlubiyyət təqdirində isə "Zirə" "Sumqayıt"dan 8 xal aralanacaq ki, bu fərqi də aradan qaldırmaq "Sumqayıt" üçün inandırıcı görünmür. Məhz bu amilləri nəzərə alan "Sumqayıt" rəhbərliyi "Zirə" üzərindəki qələbə üçün futbolçularına yaxşı mükafat vəd verib.