"Neftçi"nin gənc futbolçusu Ramin Nəsirli iki klubun maraq dairəsindədir.
Rekord.az-a daxil olan məlumata görə, "Sumqayıt" və "Şamaxı" "Neftçi"də elə də çox oynamaq şansı qazanmayan futbolçunu icarəyə götürmək istəyir.
Lakin hər şey "Neftçi" və futbolçunun özünün verəcəyi qərardan asılı olacaq.