
Sumqayıt stadionunun tablosu gəldi, oturacaqlar hazırdı, ətrafı abadlaşdırılır FOTOLAR
- 02 Noy 2022 12:00
- 914
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işlər yekunlaşmaq üzrədir.
Rekord.az xəbər verir ki, arenanın göy-ağ üzlü fasadı tamamilə yekunlaşıb.
Tablolar və plastik oturacaqlar da gətirilib və yaxın günlərdə quraşdırılacaq. Bütün otaqlar, duş kabinələri və s. hamısı da həmçinin hazırdı, qalır mebelləri gətirib quraşdırmaq. Arenanın ətrafındakı tikinti öncəsi qoyulan hasarlar da götürülüb və hazırda abadlaşdırma işləri aparılır.