Sumqayıt stadionunun rəsmi tutumu məlum oldu: heç 10 min də deyil FOTO
- 24 Dek 2022 12:00
- 1225
Yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun asarkeş tutumu rəsmi olaraq məlum olub.
Rekord.az xəbər verir ki, yerli futbol ictimaiyyəti 10 minlik stadionu Sumqayıt kimi yarım milyonluq şəhərə az görsə də, sən demə tutum bundan da azdır.
Belə ki, yenilənmiş arenanın tamaşaçı tutumu 9500 nəfərdi. Bunun da 545 nəfərlik hissəsi VİP və Press loja üçün nəzərdə tutulub. Beləliklə, sırf azarkeşlər üçün nəzərdə tutulan tutum 8900 nəfərlikdi. Etiraf edək ki, yarım milyon əhalinin yaşadığı ölkənin ikinci böyük şəhəri üçün bu qədərf tutum çox-çox azdır.