“Mehdi Hüseynzadə” adına stadionda yenidənqurma işləri yekunlaşmaq üzrədir. 

Rekord.az xəbər verir ki, Sumqayıtın İH-nin başçısı Zakir Fərəcov burada aparılan işlərlə tanış olub.

Ölkəmizin 4-cü ən böyük stadionunun təmir işləri sentyabr ayınadək başa çatacaq.

“Stadionda işlər tam gücü ilə icra olunur. Su anbarları, istixana və nasos stansiyası tikilib, hazırda mexaniki quraşdırılma işləri aparılır. Meydançaya təbii ot örtüyü salınır. Tikinti üçün ən müasir və keyfiyyətli materiallardan istifadə olunur”, – deyə iş icraçısı Famil Həsənov bildirib.

Şəhərin əsas futbol arenası beynəlxalq standartlara uyğun inşa edilir. Stadionun azarkeş tutumu 16 min nəfər nəzərdə tutulub.