
Sumqayıt şəhər stadionunda Mehdi Hüseynzadənin büstü qoyuldu FOTO
- 23 Noy 2022 11:35
- 857
Tikintisi başa çatmaq üzrə olan Sumqayıt şəhər stadionunda tamamlama çalışmaları aparılır. "Rekord.az" xəbər verir ki, bu ilin sonuna qədər təhvil verilməsi gözlənilən arenanın bundan sonra da II Dünya Müharibəsi qəhrəmanı Mehdi Hüseynzadənin adını daşıyacağı dəqiqdi.
Bu gün isə məşhur partizanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım atılıb. Belə ki, stadionun ərazisində Mehdi Hüseynzadənin büstü qoyulub.