
"Sumqayıt" Samir Abasovun bəyənmədiyi legionerlərə bu təklifi edib
- 18 Dek 2022 14:00
- 589
Məlum olduğu kimi, Samir Abasov Aleksey Baqanın dövründə transfer edilən legionerlərin böyük əksəriyyətini komandada görmək istəmir.
Rekord.az xəbər verir ki, vəziyyəti belə görən rəhbərlik həmin futbolçularla danışıb razılığa gəlməlidir.
Çünki hər birinin bəlli müqaviləsi var. Hətta eləsi var, onunla 3 illik müqavilə bağlanıb. Əldə etdiyimiz məlumata görə, rəhbərlik ən yaxşı halda həmin futbolçulara 3 aylıq maaşlarını təzminat kimi ödəməyə söz verib. Futbolçulara deyilib ki, bu təklifi qəbul edib klubdan ayrılmasalar müqavilənin sonuna kimi əvəzedici komandada oynamalı olacaqlar. Çünki Samir Abasov onları oynatmaq fikrində deyil. Futbolçulara qərar vermək üçün dekabrın sonuna kimi vaxt verilib.