“Sumqayıt” qış təlim-məşq toplanışı üçün Antalyaya yollandı
- 03 Yan 2026 18:30
- 63
"Sumqayıt" qış təlim-məşq toplanışı üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.
Rekord.az xəbər verir ki, Saşa İliçin baş məşqçisi olduğu komanda yanvarın 3-17-si aralığında Lara bölgəsində hazırlıq keçəcək.
"Sumqayıt" bu müddətdə 3 yoxlama oyununda gücünü sınayacaq.
Premyer Liqa təmsilçisi yanvarın 9-da Macarıstanın "Pakş", 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın "Osiyek" klubu ilə münasibətləri aydınlaşdıracaq.