
Sumqayıt komandası mövsümə qələbə ilə başladı
- 15:38
- 151
Bu gün AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında Şimal regionu üzrə futbol yarışlarına start verilib.
Rekord.az xəbər verir ki, "Sumqayıt" Futbol Akademiyasının nəzdində fəaliyyət göstərən Şimal Regional Futbol Federasiyasının (ŞRFF) U-12 B komandası mövsümə uğurlu start verib və "Uğur" komandası üzərində 3:1 hesablı qələbə qazanıb.
ŞRFF-nın qollarını Elşən Ağayev, Kənan Qədirli və İsmayıl Zeynalzadə vurub.
Qeyd edək ki, "Sumqayıt" U-12 B komandasına ötənlərin tanınmış futbolçusu və futbol hakimi olmuş Azad Mütəllimov başçılıq edir. Onun köməkçisi isə gənc məşqçi Elçin Misirovdu.