Əli Qurbaninin zədələnməsi "Sumqayıt"ı çətin vəziyyətdə qoyub. Komanda iki turdu çıxılmaz vəziyyətdə qalıb.

Rekord.az xəbər verir ki, vəziyyəti nəzərə alan rəhbərlik qışda İrandan dahna bir hücumçu gətirməyi düşünür.

Çünki komandanın faktiki bir hücumçudan asılı olması sonradan ciddi sıxıntılara gətirib çıxardır. Amma təbii ki, gələcək hücumçu komandanın büdcəsinı uyğun olmalıdır. Çünki "Sumqayıt"ın büdcəsi bahalı futbolçu transferinə imkan vermir.