Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" növbəti yoxlama oyununu keçirib.


Rekord.az xəbər verir ki, Serbiyanın OFK (Belqrad) kollektivi ilə qarşılaşan "gənclik şəhəri" təmsilçisi 1:4 hesabı ilə uduzub.


Azərbaycan klubunun qolunu 4-cü dəqiqədə Aleksandr Ramalinqom vurub.


"Sumqayıt" ilk yoxlama matçında Macarıstanın "Pakş" komandasına məğlub olub - 1:5.