“Sumqayıt” hələ də Əmir Ağayevlə bağlı ümidini üzmür.

Rekord.az xəbər verir ki, sumqayıtlılarla müqaviləsi bitən futbolçu İsrailə dönsə də hazırda özünə klub tapa bilməyib.

Sumqayıt təmsilçisini də ümidləndirən budur ki, klub tapa bilməyən Ağayev yenidən “Sumqayıt”a dönsün. Əldə etdiyimiz məlumata görə, klub prezidenti Riad Rəfiyev bu yaxınlarda məsələ ilə bağlı Ağayevlə danışıb və “Sumqayıt”ın qapılarının hər an onun üzünə açıq olduğunu bildirib.