Xəbər verdiyimiz kimi, "Ruslan 93" idman kompleksində "Sportinq Bakı" klubunun təşəbbüsü, AFFA, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə U-10 komandaları arasında futbol turniri keçirilib.

Rekord.az xəbər verir ki, 3 gün davam edən yarışda 6 komanda iştirak edib.

"Qəbələ", "Zirə", "Sabah", "Tekin", "Sumqayıt" və "Sportinq Bakı" komandaları iştirak edib. Turnirdə daha yaxşı çıxış edən "Qəbələ" ilə "Sumqayıt" finalda üz-üzə gəlib. Burada isə "Sumqayıt" daha güclü olub. Orxan Abdullayevin rəhbərlik etdiyi komanda rəqibini 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.  3-cü yer uğrunda görüşdə isə "Sabah" "Sportinq Bakı"nı eyni hesabl məğlubiyyətə uğradıb.