
Sülhməramlılar Mərakeşin qolunu sevinclə qarşıladı VİDEO
- 17 Dek 2022 22:11
- 532
Dünya çempionatında üçüncü yer uğrunda Xorvatiya - Mərakeş matçı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçılarına da təqdim olunub.
Rekord.az xəbər verir ki, aksiyada iştirak edənlərin oyunu izləməsi üçün İctimai TV tərəfindən monitor quraşdırılıb.
Həmçinin, qarşılaşmanı rusiyalı sülhməramlılar da seyr edir. Sülhməramlıların Mərakeşin qolunu xüsusi coşqu ilə qeyt etməsi maraqla qarşılanıb.