"Kəpəz"in bombardiri Şuaybuya yeni müqavilə təklifi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi nigeriyalıya yeni 1 illik müqavilə təklif edib.

Deyilənə görə, hətta maaşının bir qədər artırılması da nəzərdə tutulub. Lakin futbolçuya digər klublar tərəfindən ciddi maraq olduğundan tələsmək istəmir. Görünən budur ki, daha ciddi və daha yüksək məbləğ qarşılığında müqavilə təklifi olsa, "Kəpəz"in Şuaybunu saxlaması çətin olacaq.