
Suares yenidən Avropaya qayıdacaq
- 21 Sen 2022 15:22
- 419
"Atletiko" ilə müqaviləsi bitdikdən sonra ölkəsinin "Nasyonal" klubuna keçən Luis Suares burada çox qalmayacaq.
Rekord.az xəbər verir ki, ulduz futbolçunun Uruqvay macərası cəmi 4 ay davam edəcək.
Bu barədə "Nasyonal"ın prezidenti Joze Fuentes məlumat verib:
"Noyabr ayında mövsüm bitir və Suares bizdən ayrılacaq. Razılığımız belə olmuşdu. İnsanları yanlış gözləntilərlə ümidləndirmək istəmirəm".
35 yaşlı hücumçu DÇ-2022 bitdikdən sonra yanvar ayından etibarən karyerasını yenidən Avropada davam etdirmək istəyir.