Luis Suaresin karyerasını Avropada davam etdirəcəyi gözlənilsə də, bu baş verməyəcək.
Rekord.az xəbər verir ki, uruqvaylı hücumçu karyerasını Meksikada davam etdirəcək.
O, hazırda "Kruz Azul" klubunun prezidenti Viktor Velaskeslə danışıq aparır. "AS" nəşri də bu haqda məlumat yayıb.