
Ştuxlikin maraqlı metodu: hakimlər səhvinə görə yox, normativə görə cəza alır
- 11 Fev 2022 15:00
- 541
AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik maraqlı metod tətbiq edir.
Rekord.az xəbər verir ki, avstriyalı çempionat oyunlarnda kobud səhv buraxan hakimləri buna görə cəzalandırmır.
Yəni nə kiminsə pulunu kəsir, nə də kiməsə əvvəllki rəhbərliyin dönəmində olduğu kimi, 3-5 oyunluq cəzalar verir. Uzaq başı həmin hakim 1 tur Premyer Liqa oyunlarına təyinat almır, əvəzində I Divizionda hakimlik edir, aylıq maaşını da tam olaraq, alır. Ştuxlikin cəza metodu sırf normativlərlə bağlıdır. Əgər çempionat oyunlarından kənar qalmaq istəmirsənsə, o zaman tələb olunan fiziki normativləri və nəzəri məşğələləri uğurla başa vurmalısan. Əgər bu tip imtahanlardan kəsilsən, Ştuxlik səni salır “qara siyahı”ya. Düzdür, təbii ki, avstriyalı bu zaman müəyyən ayrı-seçkilik edir. Yəni özünə yaxın bildiyi sevimli hakimlərinə qarşı daha yumşaq davranır.