AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik oyunlara təyinat alan hakim-inspektorlara növbəti dəfə sərt xəbərdarlıq edir.

Rekord.az xəbər verir ki, avstriyalı qəti tapşırıq verib ki, hakimlərə aşağı qiymət yazılmamalıdır.

Hətta kobud səhvlər olsa belə, bunlara göz yumulmalı, təqdimatda qiymət xanasında yüksək rəqəm olmalıdır. Təsadüfi deyil ki, məhz bu səbəbdən qış fasiləsindən sonra səhv buraxan hakimlərə 8-dəm aşağı yox, yuxarı qiymətlər yazılıb.