Portuqaliya millisi dünya çempionatında mübarizəni dayandırdıqdan sonra Kriştiano Ronaldo ilə bağlı qeyri-müəyyənlik də davam edir.

Rekord.az xəbər verir ki, futbolçu hansı klubda oynayacağı ilə bağlı qərar verməyib.

Ona həm Avropadan, həm də ərəb ölkələrindən təkliflər var. Futbolçunun peşəkar futbolda ilk addımlarını atdığı doğma "Sportinq" də Ronaldonun Lissabon klubunda forma geyinməsini istəyir və ümid edirlər ki, futbolçu bu təklifə müsbət cavab verəcək.