
Spaletti futbolçunu məşqdən niyə qovdu?
- 26 İyl 2022 10:23
- 424
“Napoli”nin baş məşqçisi Luçano Spaletti hücumçu Viktor Osimheni məşqdən qovub.
Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb nigeriyalı forvardın müdafiəçi Leo Ostiqardla sərt şəkildə mübahisə etməsi olub.
Norveçli müdafiəçi azarkeşlər üçün açıq keçirilən məşq zamanı Osimhenə qarşı kobud oynayıb. Bundan sonra tərəflər arasında qalmaq yaranıb. Spaletti hücumçunun sakitləşmədiyini görüb və onu məşqdən qovub.