
SOCAR-ın sabiq vitse-prezidenti I Diviziona komanda buraxır?
- 27 İyl 2022 15:00
- 648
I Divizionda iştirak üçün daha bir komandanın AFFA-ya müraciət edəcəyi gözlənilir.
Rekord.az xəbər verir ki,söhbət "Ağsu City"dən gedir.
3 ildir "Region Liqası"nda çıxış edən sözügedən komanda AFFA İK-nın I Divizionla bağlı son qərarından sonra bu fikrə düşüb. Əsas maliyyə yüküdür ki, deyilənə görə, bu probemi də SOCAR-ın sabiq vitse-prezidenti, əslən Ağsudan olan Mikayıl İsmayılov həll etməyi üzərinə götürüb. Yaxın günlərdı komanda rəhbərliyinin AFFA-ya rəsmi şəkildə müraciət edəcəyi gözlənilir.