Sloveniya UEFA reytinqində Azərbaycana yaxınlaşdı
- 13:40
- 35
Sloveniya UEFA reytinqində Azərbaycana yaxınlaşıb.
Rekord.az xəbər verir ki, bu, avrokuboklarda Liqa mərhələsinin 3-cü turunun oyunlarından sonra reallaşıb.
Ötən gecə bu ölkənin "Çelye" klubu Konfrans Liqasında qələbə qazanıb. Komanda İrlandiyada "Şemrok Rovers"i iki cavabsı qolla üstələyib.
Əmsalını 21.718-ə çatdıran Sloveniya 26-cı pilləyə yüksəlib. 25-ci yerdəki Azərbaycanın 22.000 əmsalı var. Serbiya (22.375) 24-cü sıradadır.
Bu həftə təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"ə məğlub olub - 1:3.
UEFA reytinqinə İngiltərə (99.005) başçılıq edir.