
Skaloni: "Qarşıda bizi iki final gözləyir"
- 22 Noy 2022 19:30
- 387
“Biz Səudiyyə Ərəbistanının necə oynadığını bilirdik. Onların yüksək müdafiə xəttinə sahib olduqlarını bilə-bilə matça hazırlaşdıq. Oyundankənarvəziyyət millimetrik idi. Daha iki matçımız var. Biz uduzduq, amma toparlanıb mübarizə aparacağıq”.
Rekord.az xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, məğlubiyyəti çox ağrılı olduğunu vurğulayıb: "Qələbəli başlanğıc üçün böyük ümidimiz var idi. Xüsusilə ikinci hissədə səhvlərimizə görə uduzduq.
Fərqlilik yaradan detallar var, səhvləri düzəltmək lazımdır. İlk hissədə birdən çox qol vurmalı idik. Amma bu, dünya çempionatıdır. Qarşıda bizi iki final gözləyir".
Qeyd edək ki, Argentina qrup mərhələsində növbəti oyunlarını noyabrın 26-ı Meksika, noyabrın 30-u Polşaya qarşı keçirəcək.