Uzun müddətdir tikintisi yarımçıq qalan Şirvan stadionundan yeni xəbər var.

Rekord.az xəbər verir ki,  SOCAR 10 ildən çoxdur yarımçıq qalan stadionun tikintisini başa çatdırmaq istəyir.

Bununla bağlı şirvanlı futbolsevərlərə vəd də verilib. Qarşıdakı illərdə bu məsələ üçün maliyyə ayırılması məsələsinə baxılacaq. Lakin bunun konkret hansı ildə baş verəcəyi açıqlanmayıb.

Qeyd edək ki, tutumu 8000 nəfərlik planlaşdırılan arenanın tikintisinə strat verilmiş, işlərin 60-70 faizi görüləndən sonra anidən ara verilub və 10 ildən artıqdır yarımçıq saxlanılıb.