
Simeonedən Messi açıqlaması
- 16 Avq 2021 19:00
- 506
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone açıqlama verib.
Rekord.az xəbər verir ki, argentinalı mütəxəssis PSJ-yə keçən həmyerlisi Lionel Messi ilə müqavilə imzalamaq şanslarının olmadığını deyib:
“Onunla danışmadıq. Messi ilə müqavilə imzalamaq üçün bir şansımız olmadı”.
“Barselona”dan ayrılan Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.