Ramil Şeydayevin "Sabah"da qalıb qalmayacağı hələlik məlum deyil.

Rekord.az xəbər verir ki, futbolçuya ölkə xaricindən təklif olduğu deyilir.

Məsələyə elə "Sabah"dan münasibət öyrıəndik. Görəsən Şeydayev Masazır təmsilçisində qalır, yoxsa gedir? Sualımıza klubun mətbuat katibi Elnur Həmidov cavab verdi: "Ramilin bizimlə müqaviləsi başa çatır. Yəni o, hazırda faktiki azad agent statusu daşıyan futbolçu sayılır. Ona görə də onunla maraqlanan klub ols abelə, bununla bağlı kluba təklif gəlməyəcək. Təklif olsa da futbolçunun özünə, ya da menecerinə ediləcək. O ki qaldı Ramilin "Sabah"la yeni müqavilə bağlayıb-bağlamayacağına, tək Ramillə yox, müqaviləsi başa çatan bütün futbolçularla bağlı məsələyə mövsüm başa çatandan sonra aydınlıq gələcək".