Səudiyyə Ərəbistanı millisinin futbolçularına DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Argentinada üzərində 2:1 hesablı qələbəyə görə “Rolls Royce Phantom” avtomobili verilməsinə dair xəbərlər bir anda dünya mətbuatının gündəmi oldu.

Lakin Rekord.az xəbər verir ki, yayılan xəbərlər heç də həqiqətə çevirilməyib.

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal "Marca"ya açıqlamasında bildirib ki, futbolçular ölkənin adı üçün oynayıblar və bundan şərəf duyurlar. Buna görə də qazanılan qələbəyə görə hansısa bahalı avtomobildən danışmaq tamamilə yersizdir.