Serbiya yığması Bakıya gəlməyəcək - kütləvi yoluxmaya görə
- 2022-11-02 21:31
- 374
Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kubokunun proqramında dəyişiklik edilib.
Rekord.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Serbiya yığması yarışda iştirak edə bilməyəcək.
Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.
Beləliklə, dünya kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və dünya yığmasına texniki qələbə veriləcək.
Dünya kuboku 4-6 noyabrda təşkil olunacaq.