“Şəmkir”in yeni baş məşqçisi müəyyənləşdi
- 27 Noy 2025 16:20
- 152
Azərbaycanın II Liqa təmsilçisi "Şəmkir"in yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, klub Rasim Əliyevlə anlaşıb.
Son olaraq "Turan Tovuz"un akademiyasının koordinatoru vəzifəsində çalışmış A kateqoriyalı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalanıb.
R.Əliyev daha əvvəl "Turan"la yanaşı, "Rote Fahne", "Neftçala" komandalarını çalışdırıb. O, "Feyenoord", "Utrext", PSV (hamısı Niderland), "Fənərbağça", "Gənclərbirliyi" (hər ikisi Türkiyə) və "Dinamo" (Tbilisi) klublarının düşərgələrində təcrübə keçib.