Şəmkir Olimpiya İdman Kompleksində Vətən Müharibəsi şəhidi Vacib Məmmədovun xatirəsinə həsr olunmuş Sərbəst güləş idman növü üzrə Şəmkir rayon açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Pərviz İbrahimov, Şəmkir Olimpiya İdman Kompleksinin direktoru Mahir Şirinov, əməkdar məşqçi müəllim, yarışın baş hakimi Mikayıl Sadıqov, eyni zamanda şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək, şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədilə bu kimi yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar. Şəhidimiz Vacib Məmmədovun ailəsinin dəstəyi ilə keçirilən yarışda yüksək nəticə əldə etmiş idmançılar medal və diplomla təltif olunublar.