Vətən müharibəsi şəhidi Abbasov Elvinin xatirəsinə həsr olunmuş yunan-roma güləş idman növü üzrə yeniyetmələr arasında yarış keçirilib.

Rekord.az xəbər verir ki, Bakı şəhərində baş tutan yarışda Şəmkirdən olan idmançılar daha uğurla çıxış edib.

Belə ki, rayonun Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin idmançıları yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışlar.