
Şehiç "Qarabağ"ın düşərgəsində belə qarşılandı VİDEO
- 10 Yan 2023 17:43
- 501
Xəbər verdiyimiz kimi, Bosniya və Herseqovina millisinin və “Konyaspor” qapıçısı İbrahim Şehiç sabiq klubu “Qarabağ”ın düşərgəsini ziyarət edib.
Rekord.az xəbər verir ki, 34 yaşlı oyunçu Ağdam təmsilçisinin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində komandanın futbolçu və məşqçi heyəti ilə görüşüb. Şehiç onlarla ayaqüstü söhbət də edib.
Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da oynayıb.