Futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edən “Səbail”in qış hazırlıq planı bəlli olub.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Adil Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışını “ASCO Arena”da keçirəcək.


Hazırlıq mərhələsi çərçivəsində "Səbail" 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi barədə məlumat hələki açıqlanmayıb.