"Səbail"in büdcəsi bir qədər də artırılıb.

Rekord.az-a daxil olan məlumata görə, klubun sponsoru büdcəni 7 milyon manatdan 8 milyon manata qaldırıb.

Məhz bu səbəbdən "Səbail" son günlər transfer bazarında fəallaşıb və digər klubların aparıcı futbolçuları ilə danışıqlar aparmağa başlayıb.