"Səbail" bu yay heyətinə qatdığı Kizito Luvaqa ilə yolları ayıra bilər.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb futbolçunun özünü doğurulda bilməməsidir.

Bir müddət zədədən əziyyət çəkən futbolçu zədədən sonra heç cürə forma yığa bilmir. Son turlarda isə oyuna yalnız ikinci hissənin ortalarında qoşulur. Bu mənada baş məşqçi Mahmud Qurbanov qışda onun göndərilməsini vacib sayır.

Qeyd edək ki, Luvaqa ilə müqavilə mövsümün sonuna qədərdi.