
“Səbail”dən ayrıldı, “Şamaxı”ya keçdi
- 08 Yan 2025 20:40
- 240
“Səbail” müdafiəçisi Vüsal Məsimovla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Məsimov karyerasını “Şamaxı”da davam edirəcək. O, yeni klubu ilə ilyarımlıq müqaviləyə imza atıb.