.”Səbail”lə müqaviləsi başa çatan futbolçulardan biri də Nikolas Hagendir.

Rekord.az-a daxil olan məlumata görə, qvatemalı qapıçının hazırkı klubunda qalmaq şansı çox azdır.

Çünki onun xidmətində həm Azərbaycandan, həm də Cənuni Amerikadan olan klublar arasında maraqlananlar var.  Eyni zamanda, Qvatemalanın "Deportivo Saprissa" klubu qapıçıya konkret təklif də göndərib. “Səbail”də isı hər şey qeyri-müəyyəndir və baş məşqçi Aftandil hacıyev özü də “Qəbələ” ilə oyundan sonrakı mətbuat konfransında etiraf etdi ki, klubun gələcək fəaliyyəti ilə açıq qalan kifayət qədər suallar var. Hansı ki, onlardan biri də büdcə ilə bağlıdır. Bu mənada Hagenin getmək şansı qalmaq şansından daha çoxdur.