“Səbail” PFK mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. 


Rekord.az xəbər verir ki, çempionatın birinci dövrəsini “Şahdağ Qusar”da keçirmiş hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalanıb.


Yeni komandasında 9 nömrəli formanı geyinəcək 30 yaşlı futbolçu cari mövsüm 7 qola imza atıb.